Sanksiyalar fonunda rusiyalı oliqarxlar daha da varlanır | Paradoks

Sanksiyalar fonunda rusiyalı oliqarxlar daha da varlanır    | Paradoks
  01 Dekabr 2025    Oxunub:676
Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 18,1 milyard dollar artıb.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin şirkətlərin səhmlərinin dəyəri əsasında dərc etdiyi “Bloomberg Billionaires Index” hesabatında belə deyilir.

Məsələn, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest” şirkətinin səhmdarı Əlişer Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanaraq sərvətini 18,5 milyard dollara, Ural Mədən-Metallurgiya şirkətinin təsisçisi İsgəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar çoxalaraq 7,56 milyard dollara çatıb.

Eyni zmanada, ilin əvvəlindən 2,44 milyard dollar civarında varlanan “Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun sərvəti 13,4 milyard dolları haqlayıb. “Wildberries” şirkətinin təsisçisi və “RVB” beynəlxalq texnologiya şirkətinin baş direktoru Tatyana Kim isə 654 milyon dollar qazanaraq varidatını 8,03 milyard dollar səviyyəsinə yüksəldə bilib.

Bununla belə, Rusiyada “kasıblayan” oliqarxlar da qeydə alınıb. Ən böyük itkilərlə üzləşən şəxs sərvəti 3,07 milyard dollar azalaraq 22,8 milyard dollara düşmüş “Novolipetsk Metallurgiya kombinatı”nın direktorlar şurasının sədri Vladimir Lisin olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   oliqarxlar   varlanmaq  



Xəbər lenti